Rus oliqarxlar Qərbdən qaçır

Rusiya biznesmenləri öz aktivlərini xaricdən geri qaytarmağa başlayıblar.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Maliyyə Bazarları Komitəsinin rəhbəri Anatoli Aksakov deyib. Onun sözlərinə görə, rus biznesmenlər özlərini yalnız Rusiyada əmin əllərdə hiss edəcəklərini anlayırlar:
"Qərb dünyası bizə yardım edir. O, rus biznesini öz ərazilərində sıxışdırmağa başlayır, ona maliyyə, hüquqi problemlər yaradır. Əgər əvvəllər rus biznesi Qərb komfortundan istifadə edəcəyini düşünürdüsə, indi o anlayır ki, burada artıq yaddır”.
www.anews.az
























