Türkiyə səfiri infarktdan öldü

Türkiyənin Benin Respublikasındakı səfiri Turqud Kural vəfat edib.
AzVision.az-ın məlumatına görə, səfirin ötən axşam infarktdan dünyasını dəyişdiyi bildirilir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səfirin vəfatı ilə bağlı "Twitter”də başsağlığı verib.
Qeyd edək ki, T.Kural 2014-cü ildən Türkiyənin Benindəki səfiri vəzifəsində çalışırdı.
www.anews.az
























