• $
  • €
  • ₽
  • ₺
  • £

"Rusiya ya Ermənistanı tam işğal edəcək, ya Sərkisyanı dəyişdirəcək..."

"Rusiya ya Ermənistanı tam işğal edəcək, ya Sərkisyanı dəyişdirəcək..."
29.05.2020 05:03
Rusiya Ermənistanda qərbmeylli qüvvələrin başlatdığı etiraz hərəkatının hakimiyyət dəyişikliyi ilə nəticələnməsinə yol verə bilməz, çünki Ermənistan Rusiya üçün Cənubi Qafqazda çox mühüm müttəfiqdir.

Virtualaz.org xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə ukraynalı ekspert Ruslan Osipenko Ermənistanda davam etməkdə olan etiraz hərəkatını şərh edərkən deyib. Ekspertin fikrincə Rusiya Ermənistanı öz orbitində saxlamaq üçün istənilən ssenariyə əl atmağa hazırdır.

Osipenkonun sözlərinə görə, Moskva Serj Sərkisyanın baş nazir təyin edilməsinə qarşı başlamış etiraz hərəkatını özünün geosiyasi maraqları və hərbi bazası üçün birbaşa təhdid kimi görür. Ona görə də artıq Ermənistanda Ukrayna ssenarisinə yol verməmək üçün tədbirlər üzərində fəal işləyir.

Ekspertə görə hələlik etiraz hərəkatının necə nəticələnəcəyi məlum deyil. Amma indiki situasiyada Ermənistanın Rusiya üçün Cənubi Qafqazda dayaq nöqtəsi rolunu başa düşmək lazımdır. Bu ölkədə Rusiya hərbi bazası var, sərhədlərini FTX qoruyur.

"Ermənistan Rusiya üçün Azərbaycana, Türkiyəyə, İrana təsir üçün geosiyasi alətdir Bundan çıxış edərək Rusiya erməni xalqının istəyinə baxmayaraq Ermənistanı itirə bilməz. Ona görə də Yerevanı iki ssenari gözləyir: ya Rusiya Ermənistanı tam işğal edəcək və böyük müharibə başladacaq, ya da yerli elitalarla kompromisə gedib Sərkisyanı daha neytral namizədlə əvəzləyəcək. Ancaq heç bir halda Ermənistanı özbaşına buraxmayacaq”-Osipenko bildirib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol