Lotu Qulinin adamı Ağstafada tutuldu

Rusiyada qəsdən adam öldürməyə görə axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda saxlanılıb.
Anews.az-ın Report-a istinadən xəbərinə görə, 46 yaşlı Mehman Söyün oğlu İsmayılov Ağstafa rayonunda tutulub.
Qeyd edək ki, saxlanılan şəxs Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarından biri kimi tanınır.
www.anews.az
























