• $
  • €
  • ₽
  • ₺
  • £

“iPhone” smartfonlarında boşluq aşkarlanıb

“iPhone” smartfonlarında boşluq aşkarlanıb
29.05.2020 02:40
Təhlükəsizlik sistemində səhv "Trustjacking” adlanır
 
Ekspertlər "iPhone” smartfonlarında qurğunun məsafəli idarəetməsi üçün istifadəyə imkan verən boşluq aşkarlayıblar. Bu barədə "Symantec” şirkətinin tədqiqatında deyilir.
 
Məlumatların oğurlanması birbaşa kompüterə qoşulmadan onların ötürülməsinə imkan verən "iTunes Wi-Fi sync” sinxronlaşdırma texnologiyası vasitəsilə həyata keçirilir.
 
Bildirilir ki, təhlükəsizlik sistemində səhv "Trustjacking” adlanır. İstifadəçi tərəfindən qurğuya yad qoşulmaya icazənin verilməsi cinayətkarlara smartfona müdaxiləyə imkan yaradır.  
 
Yeni qurğularla bağlantıdan əvvəl smartfon həmişə istifadəçini məlumatlandırır və təsdiq tələb edir. İstifadəçi bu funksiyanı aktivləşdirdikdən və qurğuya qoşulmanı təsdiq etdikdən sonra "iPhone” eyni "Wi-Fi” şəbəkəsindən istifadə edən hakerlərin əlinə keçir. Nəticədə cinayətkarlar telefondakı məlumatların surətlərini köçürmək imkanı əldə edirlər. Bundan başqa, boşluq hakerlərə mobil əlavələri ləğv etməyə və ya quraşdırmağa imkan verir.  
 
Tədqiqatda qeyd olunur ki, smartfon sahibi, məsələn, ictimai yerlərdə bağlantını təsdiq edə bilər. Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda "iPhone” smartfonunu bu metodla müdaxilədən qorumaq üçün yeganə üsul yad "Wi-Fi” şəbəkələrinə ehtiyatlı yanaşmadan ibarətdir.

İctnews

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol