Yardıma gedən helikopter də qəzaya uğradı - VIDEO

Kolumbiyanın cənub-şərqində baş verən helikopter qəzasının videosu yayılıb.
Axar.az xəbər verir ki, helikopter digər bir təyyarənin qəzaya uğradığı əraziyə gedib və xilasetmə üçün yaxınlaşıb.
Kadrlardan göründüyü kimi, bir nəfər helikopterə qalxmaq istəyir. Lakin bu zaman helikopter idarəetməni itirir və qəzaya uğrayır.
Hadisə nəticəsində bir aviamühəndisin həlak olduğu bildirilir.
www.anews.az
























