• $
  • €
  • ₽
  • ₺
  • £

Cənubi və Şimali Koreya liderləri tarixi sənəd imzalayıblar

Cənubi və Şimali Koreya liderləri tarixi sənəd imzalayıblar
27.04.2018 17:45
Bu gün Koreya Respublikasının prezidenti Mun Çje İn və Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In birgə Bəyannamə imzalayıblar.  

APA-nın xəbərinə görə, sənəd belə adlanır: "Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmundjom Bəyannaməsi”.

Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkənin ümumi məqsədi Koreya yarımadasında denuklearizasiya, yəni nüvə tərksilahı aparmaqdır: "Cənub və Şimal Koreya yarımadasının denuklearizasiyası məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün fəal səylər göstərmək barədə razılığa gəldilər”.

Bəyannamədə deyilir ki, Cənubi Koreya və KXDR bir-birinə qarşı düşmənçilik fəaliyyətlərini dayandırırlar: "Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq, yeni sülh dönəmi başlayıb!”

Ölkələr sərhəd rayonlarında təbliğat məqsədilə istifadə etdikləri bütün fiziki vasitələri ləğv etmək barədə razılığa gəliblər: "Biz istənilən düşmənçilik fəaliyyətindən imtina edirik. Bu, mayın 1-də baş verəcək və təbliğat yayımı vasitələrinin ləğvini, eləcə də demilitarizasiya zonasında vərəqələrin yayılmasının tam dayandırılmasını ehtiva edəcək”.

Hər iki ölkə başçısı daimi əlaqə (o cümlədən, müdafiə nazirləri səviyyəsində) saxlamaq qərarına gəlib. Onlar 1950-53-cü illər Koreya müharibəsindən sonra ayrılmış ailələrin görüşlərinin bərpası haqda razılığa gəliblər: "Cənub və Şimal xalqın parçalanmasından yaranan humanitar problemləri həll edəcəklər. Bu məqsədlə Qırmızı Xaçın xətti ilə dialoq və ayrı düşmüş ailələrin görüşü təmin olunacaq.  Növbəti görüş avqustun 15-də keçiriləcək”.

Tərəflər iki ölkənin dəmir yollarının birləşdirilməsi barədə də razılıq əldə ediblər.

Cənub və Şimal perspektivdə sülh müqaviləsi imzalamaq niyyətindədir: "KXDR və Koreya Respublikası 1953-cü ildən bəri davam edən atəşkəs razılaşmasına son qoyurlar və onu sülh müqaviləsinə transformasiya edəcəklər. Bu məqsədlə Şimali Koreya, Cənubi Koreya və ABŞ üçtərəfli və ya dördtərəfli sammitin keçirilməsini dəstəkləyəcəklər ki, möhkəm sülh bərqərar olsun”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol