Husilərin daha bir lideri məhv edildi

Səudiyyə Ərəbistanı qırıcıları Yəməndə husilərin hərbi obyektlərinə 10 aviazərbə endiriblər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Sabk” portalı yayıb. Bombardman edilən obyektlər arasında Nadc hərbi düşərgəsi, Sabin rayonundakı hökumət evi, siyasi kəşfiyyat ofisi olub. Bombardman zamanı Əbdül Hakim əl-Hayvani də ölüb.
Qeyd edək ki, Hayvani Səudiyyə Ərəbistanının tərtib etdiyi məhv edilməli olan terrorçular siyahısında 36-cı yerdə qərarlaşıb. Bundan öncə husilərin Ali Siyasi Şurasının rəhbəri Saleh Səməd Ər-Riyadın zərbələri nəticəsində məhv edilmişdi. Saleh Səmədin məhv edildiyi görüntülər sosial şəbəkələrdə də yayılıb.
www.anews.az
























