Trampa Nobel mükafatı verilməlidir - Senator

Koreya yarımadasındakı vəziyyətin həllinə görə ABŞ Prezidenti Donald Trampa Nobel sülh mükafatı vermək lazımdır.
Axar.az xəbər verir ki, bunu məşhur amerikalı senator Lindsi Qrem deyib.
"Donald Tramp Şimali Koreya, Çini öz fikirlərində ciddi olduğuna inandıra bildi. Biz hələlik Koreya yarımadasındakı problemin həllinə tam nail olmamışıq, amma əgər nail olsaq, o zaman Tramp bu mükafata layiqdir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Şimali və Cənubi Koreya liderləri Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair deklarasiya qəbul ediblər.
www.anews.az
























