Gülən türk donanması ilə “ananas” daşıyıb

Türkiyənin 2014-cü ildə Afrika ölkələrinə göndərdiyi "Barbados Dəniz Xidmət Qrupu”nun fəaliyyəti ilə bağlı şok məqam ortaya çıxıb.
Axar.az xəbər verir ki, FETÖ-nun 17 mart-27 iyun tarixləri arasında 102 günlük Afrika səyahətinə çıxan 4 türk döyüş gəmisini almaz qaçaqçılığında istifadə etdiyi iddia edilib.
Səfər çərçivəsində 24 ölkədə 25 limanda olan türk gəmiləri Fətullah Gülənin qabaqcadan müəyyən etdiyi marşrut üzrə hərəkət edib. Belə ki, Gülən donanma rəhbərliyindəki adamlarına xüsusilə FETÖ-nun məktəbləri olan Afrika ölkələrinə səyahət edilməsi ilə bağlı göstəriş verib. Burada gəmilər vasitəsilə Gülənin əldə edilən səs qeydlərindən qaçaqmalçılıq əməllərinin həyata keçirildiyi üzə çıxıb.
"Bu gün dostlarımıza Uqandadan ananas gəlib. Onlara göndərmişdim”, - Gülənin ələ keçirilmiş səs yazısında deyilir.
Gülənin bir çox iş adamının adını çəkdiyi sözügedən səs yazısının ifşasından sonra "ananas”ların qiymətli daşlar (almaz) olduğu təsdiqləndiyi kimi, donanma rəhbərliyində FETÖ istintaqı çərçivəsində həbs edilən bir çox yüksək rütbəli şəxsin Gülənin əmri ilə marşrut seçildiyinə dair verdiyi ifadələr də donanmanın almaz qaçaqçılığında istifadə olunması iddiasını qüvvətləndirib.
www.anews.az
























