Türkiyədə 4 partiya “Cümhur”a qarşı birləşdi

Türkiyənin Cümhuriyyət Xalq, İYİ, Səadət və Demokrat partiyaları arasında koalisiya yaradılması haqqında razılıq əldə olunub.
Axar.az xəbər verir ki, dörd partiya yalnız parlament seçkisində birgə hərəkət edəcəklər. Prezident seçkisində isə hər partiya öz namizədini ayrı-ayrılıqda dəstəkləyəcək.
Yaranan koalisiyanın adının "Demokratiya üçün Milli Birlik” və ya "Demokratiya Birliyi” olacağı gözlənilir.
Qeyd edək ki, bundan öncə AKP ilə MHP "Cümhur Birliyi” yaradıb.
www.anews.az
























