Sarkisyanın deputatları evlərindən qaçır

Ermənistanın hakim Respublika partiyasının deputatları etiraz aksiyalarından sonra ciddi narahatlıq keçirir.
AzVision.az "Hraparak" qəzetinə istinadən xəbər verir ki, iqtidar təmsilçiləri ailə üzvlərini yaşadıqları evdən çıxararaq təhlükəsiz yerə aparırlar.
Onlar etirazçıların evlərinə basqın edəcəklərindən ehtiyatlanırlar. Bu işdə deputatlara Samvel Aleksanyan adlı şəxs yardım edir.
Məlumata görə, deputatlar və onların ailə üzvləri iz itirmək üçün "Astğik” xəstəxanasının təcili tibbi yardım avtomobillərini ilə daşınır.
www.anews.az
























