Bu il Roma Papası öləcək - VİDEO

Türkiyə kanallarından birində bu il Roma Papasının ölməsiylə bağlı verilən proqnoz verilişdəkiləri xeyli güldürüb.
"A24.az” xəbər verir ki, Papanın ölüm xəbəri futbol komandalarının qalibiyyəti ilə əlaqələndirilib.
Türkiyədə tanınmış futbol şərhçisi Erman Toroğlu vərəqdə oxuduğu məlumatın nə dərəcədə doğru olub olmadığını öyrənməyə çalışıb. Bidlirib ki, 1981-ci ildə İngiltərə şahzadəsi evlənib, Liverpul çempion olub, Roma Papası ölüb:
"2005-ci il. İngiltərə şahzadəsi yenə evlənir, Liverpul yenə çempion olur, yenə Papa ölür. 2018-ci il. İngiltərə şahzadəsi evlənəcək, Liverpul çempion olsa Papaya xəbər vermək lazımdır. Papa hazır ol, öləcəksən. Real madrid çempion olsa Papa sağ qalacaq, Liverpul qazansa Papa öləcək”, deyərək verilişdə olan şərhçilər Papaya xəbərdarlıq "ölüm” xəbərdarlığı edərək o ki, var gülüblər.
"A24.az” Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:
www.anews.az
























