Paşinyan: Onları hökumətə buraxmayacağam

Ermənistanın yeni hökumətində oliqarxlar olmayacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni müxalif lider Nikol Paşinyan deyib.
O, hakimiyyətə gələcəyi halda hansı proqramla çıxış edəcəyini açıqlamayıb.
Qeyd edək ki, 8 mayda Ermənistan parlamenti ikinci dəfə baş nazir seçməyə çalışacaq. Parlamentdəki bütün fraksiyalar N.Paşinyanı dəstəkləyəcəyini vəd edib.
www.anews.az
























