Avropa Türkiyəni təhdid etdi: Afrindən çıxın, yoxsa…

Türkiyənin Afrindən çıxmasını istəyən Avropa Birliyi rəsmi Ankaranı viza ilə təhdid edib.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın AB İşləri naziri Maykl Rot danışıb.
Türkiyənin Afrinə girməsinin beynəlxalq hüquqa zidd olduğunu söyləyən Maykl Rot bölgənin dərhal boşaldılmalı olduğunu bildirib.
Nazir Türkiyənin Afrindən çıxmayacağı halda viza verilməsi məsələsinə müsbət baxılmayacağını qeyd edib.
www.anews.az
























