Sərkisyanın daha bir kadrı istefaya getdi

Ermənistan Dövlət Əmlakı İdarəsinin rəhbəri Armen Saakyan istefaya gedib.
Axar.az xəbər verir ki, məlumatı Saakyan Feysbuk səhifəsində yayıb. Saakyan istefaya getdiyini, amma siyasətdən getmədiyini bildirib.
Qeyd edək ki, Saakyan bu vəzifəni 2011-ci ildən daşıyır. O, Respublika Partiyasının üzvü, Serj Sərkisyanın yaxın adamlarından olan Ermənistan parlamentinin keçmiş spikeri Qalust Saakyanın oğludur.
www.anews.az
























