• $
  • €
  • ₽
  • ₺
  • £

Xiyabani və Səttar Xanın məzarı Tehrandan köçürülür

Xiyabani və Səttar Xanın məzarı Tehrandan köçürülür
10.05.2018 18:33
Məşrutə inqilabının lideri Şeyx Məhəmməd Xiyabani və Milli sərdar Səttar Xanın məzarları Tehrandan Təbrizə köçürüləcək.

Axar.az xəbər verir ki, bunu İran mediasına müsahibəsində Güney Azərbaycanın millət vəkili Qulamhüseyn Məsudi Reyhan deyib.

"Səttar Xan və Şeyx Məhəmməd Xiyabani Azərbaycanın tarixi şəxsiyyətləri və miflərindən sayılır. Onların məzarının Təbrizə köçürülməsi ilə bağlı müəyyən işlər görülüb, bələdiyyə idarəsi bunun üçün cari ildə xüsusi büdcə də nəzərdə tutub. Mən də davamlı olaraq bu məsələni gündəmdə saxlayıram”, - deyə Q.M.Reyhan bildirib.

Təbriz Şəhər Şurası sədrinin müavini Sonya Əndiş də Q.M.Reyhanın sözlərini təsdiqləyib və cari ildə köçürülmə ilə əlaqəli bütün məsəllərin həll olunacağını bildirib:

"Məqbərə tikmək və büdcə vəsaiti ayırmadan əvvəl bu işin hüquqi, qanuni və şəriət məsələləri aydınlaşıb və öz həllini tapmalıdır. Bundan sonra bələdiyyə idarəsi məzarların köçürülməsi və məqbərə tikmək üçün hərəkətə keçməlidir. İstənilən halda cari ildə tarixi şəxsiyyətlərimizin anılması ilə bağlı xüsusi büdcə vəsaiti nəzərdə tutulub”.

Qeyd edək ki, Şeyx Məhəmməd Xiyabaninin məzarı Tehranda Şah Əbdüləzimdə yerləşən qəbiristanlıqda, Milli sərdar Səttar Xanın məzarının bir neçə metrliyindədir. Hər iki məzar hazırda olduqca baxımsız vəziyyətdədir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol