Sarkisyan üzə çıxdı - Gizli iclas keçirdi

Ötən gün hakimiyyətdən salınan Ermənistanın Respublikaçılar Partiyasının gizli iclası keçirilib.
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, iclasa partiyasının sədri, sabiq baş nazir Serj Sarkisyan rəhbərlik edib.
Sarkisyan iclas zamanı partiya üzvlərinə parlamentdə radikal müxalifətlik etmək barədə tapşırıq verib.
Bundan əlavə, iclasda Ermənistan parlamentinin sabiq vitse-spikeri, Respublikaçılar Partiyasının üzvü Ermine Naqdalyan Sarkisyan tərəfindən danlanıb. Sarkisyan E.Naqdalyanı Nikol Paşinyanın baş nazir seçildiyi iclasda iştirak etməməsinə və nəticədə onun əleyhinə səs verə bilməməsinə görə tənqid edib. E.Naqdalyan isə cavabında müalicə üçün ABŞ-a getdiyini bildirib. Qeyd edək ki, Ermənistanda iğtişaşlardan sonra Sarkisyan istefa verib və mayın 8-də Nikol Paşinyan ölkənin yeni baş naziri seçilib.
www.anews.az
























