Türkiyənin İraqa endirdiyi zərbənin nəticəsi – 13 meyit

Türkiyə Silahlı Qüvvələrinin İraqın Şimalında yerləşən Hakurk bölgəsində keçirdiyi əməliyyat zamanı 13 PKK terrorçusu məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.
"İraqın şimalında, Hakurk bölgəsində 7 may 2018-ci il tarixində keçirilən hava əməliyyatı nəticəsində 13 terrorçunun zərərsizləşdirildiyi təsbit edilmişdir”, - TSQ açıqlamasında deyilib.
www.anews.az
























