• $
  • €
  • ₽
  • ₺
  • £

Skripal Rusiyanın sirlərini kimlərə açırmış? – Qisas səbəbi

Skripal Rusiyanın sirlərini kimlərə açırmış? – Qisas səbəbi
14.05.2018 21:47
Sergey Skripal Rusiyanın Avropadakı əməliyyatlarına mane olan fərqli ölkələrin kəşfiyyat nümayəndələri ilə görüşüb və onlara çox dəyərli məlumatlar verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Nyu York Tayms” qəzeti yayıb. Qəzet Skripalın zəhərlənməsinin qisas aktı ola biləcəyini iddia edib:

"Zəhərlənməsindən öncə Skripal çoxsaylı səfərlər edərək, xarici kəşfiyyatçılar üçün Rusiya haqqında mühazirələr deyib. Bu görüşlərə razılıq böyük ehtimalla Britaniya hakimiyyəti tərəfindən verilib. Skripal dəfələrlə Çexiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb. Bu ölkəyə Skripal hətta 2012-ci ildə də gedib. Həmin tarixdə onun həyat yoldaşı vəfat edib. Skripal çexlərə Rusiyanın kəşfiyyat fəaliyyəti barədə vacib informasiya ötürüb. Çexlərə həmçinin Rusiya Baş Kəşfiyyat İdarəsinin Avropada çalışan keçmiş əməkdaşları haqqında məlumat verilib.

Skripal QRU-dakı fəaliyyətini 1999-cu ildə başa çatdırsa da, onun informasiyaları hələ də çexlər üçün dəyərli sayılır. Belə ki, Skripalın o zaman çalışdığı casusların çoxu əvvəlki kimi aktiv vəziyyətdədir.

2016-cı ildə Skripal eyni məqsədlə Estoniyaya da gedib. Həm Estoniya, həm də Çexiya səfərləri hər iki ölkənin kəşfiyyatları tərəfindən çox gizli saxlanılıb”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol