ABŞ Astana sammitindən imtina etdi

ABŞ Astana sammitində iştirak etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anuar Jaynakov yayıb.
O, Vaşinqtonun Astana danışıqlarının 9-cu raundunda iştirakdan imtina etməsinin səbəbini açıqlamadığını deyib.
Qeyd edək ki, Suriya böhranının həlli üzrə Astana sammiti bu gün başlayıb. Görüşdə Rusiya, Türkiyə, İran, Suriya hökuməti və müxalifəti iştirak edir.
www.anews.az
























