İstanbulda etiraz aksiyaları başlayıb

Türkiyənin İstanbul şəhərində ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq aksiya baş tutub.
Axar.az xəbər verir ki, "Taksim" meydanında keçirilən aksiyada yüzlərlə insan iştirak edib.
Xatırladaq ki, bu gün ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimi keçirilib. Buna etiraz edən fələstinlilərə qarşı İsrail ordusunun müdaxiləsi nəticəsində 52 nəfər ölüb, 2400 nəfər yaralanıb.
www.anews.az
























