Soros Fondu bu ölkəni tərk etdi

Soros Fondu Budapeştdəki ofisini Berlinə köçürüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı fondun mətbuat xidməti yayıb. Soros Fondu Macarıstandan çıxsa da, burada fəaliyyətlərini dayandırmayacağını açıqlayıb.
Qeyd edək ki, Fond Macarıstandan rəsmi Budapeştin qeyri-hökumət təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılmasıyla bağlı qanunun sərtləşdirilməsini bəyan etdikdən bir gün sonra çıxıb.
Son bir neçə il ərzində Macarıstan hökuməti Soros Fonduna qarşı fəaliyyətini sərtləşdirib. Hökumət fondu milli mədəniyyətin dağıdılmasında ittiham edib.
www.anews.az
























