• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İrana iqtisadi zəmanət verdi

Avropa İrana iqtisadi zəmanət verdi
16.05.2018 13:29
Brüsseldə Avropa ölkərləri ilə İran arasındakı danışıqlarda ABŞ-ın çıxmasından sonra pozulmaq təhlükəsilə üzləşən nüvə sazişinin müddəalarına əməl edilməsinə dair razılığa gəlinib.
 
AzVision.az "Ria Novosti” yə istinadən xəbər verir ki, İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər naziri, BMT vasitəçiləri və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerinin iştirak etdiyi danışıqlarda İranın nüvə sazişi üzrə intensiv ekspert məsləhətləşmələrinin davam etdirilməsi və praktik addımların atılması qərarı verilib. 

Mogerini mövcud sazişin tərəfləri qane etdiyini deyib: "Biz hazırkı sənədin mətnində nəyisə dəyişmək fikrində deyilik. Çünki, orada artıq hər şey qeyd olunub. Sazişin mətninə əlavə və dəyişikliklər olmayacaq. Tərəflər sadəcə öz öhdəliklərini yerinə yetirməlidirlər: İran nüvə proqramının dayandırılmasını təmin edəcək, Avropa İttifaqı isə İranı konkret iqtisadi fayda ilə təchiz edəcək.” 

Bununla belə, Mogerini Avropa ölkələrinin İrana hüququ müstəvidə heç bir zəmanət təklif etmədiyini vurğulayıb. Söhbət nüvə sazişini qorumaq üçün yalnız iqtisadi zəmanətdən gedib. Bu mənada ABŞ sanksiyalarına rəğmən, Avropa ölkələri İranla iqtisadi əməkdaşlığı davam etdirəcəklərinə söz verib: "ABŞ-ın Hərtərəfli müştərək fəaliyyət planından çıxmasına təəssüflənirik. Lakin biz rəsmi Tehranla nüvə sazişinin bütün müddəalarının icrasının vacibliyini, ilk növbədə İranla ticari və iqtisadi əlaqələrin inkişafı, neft və neft məhsullarının satışı, bu ölkə ilə maliyyə xidmətlərinin təklifi, dəniz və dəmiryolu nəqliyyatının inkişafı, Avropa və İran şirkətlərinin əməkdaşlığını sadələşdirəcək investisiya elementlərinin yaradılmasını təsdiq etdik.” – deyə Mogerini vurğulayıb.

Onun sözlərinə görə, İranla nüvə sazişinin qorunub saxlanması rəsmi Tehranla digər problemlərin, o cümlədən İranın raket proqramı məsələsinin də həllini asanlaşdıracaq. 

İranın xarici işlər naziri Cavad Zərif isə bildirib ki, Avropanın öz sözünün üstündə durmasını zaman göstərəcək: "Biz nüvə sazişinin saxlanması üçün növbəti addımlar barədə siyasi razılığa gəldik. Qarşıdakı həftələrdə nələrin ediləcəyindən çox şey asıldır. Nüvə sazişində İranın almalı olduğu bütün iqtisadi faydalar dəqiq əks olunub. Bilməliyik ki, sazişin digər iştirakçıları bunu bizə təmin edəcəklər. Bunu, yaxud əksini tezliklə görəcəyik.”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol