• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Lənkəranskinin qardaşını kimlər vurur?

Rövşən Lənkəranskinin qardaşını kimlər vurur?
17.05.2018 11:41
2016-cı ildə azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin Türkiyənin İstanbul şəhərində qətlə yetirilməsi ciddi rezonans doğurdu desək, yanılmarıq.

Sifarişli qətldən sonra hadisə ərtafında aparılan müzakirələrə hələ də davam edir. Əksəriyyət Lənkəranskinin öldürülməsində digər azərbaycanlı "qanuni oğru” "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovu təqsirli bilir. Düzdü, ilk dəfə 2001-ci ildə 6 saylı cəzaçəkmə müəssisəsində üz-üzə gələn Lənkəranski ilə  Səlifovun münasibətləri elə də pis olmayıb. Lakin "Lotu Hikmət”in öldürülməsindən sonra tərəflərin münasibəti birdən-birə kəskinləşib. Çünki Rövşən Hikmətin öldürülməsində Səlifovu günahkar bilib.

Elə düşmənçilik münasibətinin tarixi də Hikmətin qətlə yetirildiyi gündən başlayıb. İndi isə kriminal aləmin üzvləri iki cəbhəyə bölünüb. Bir tərəf özünə "böyük qardaş” kimi mərhum "Lənkəranski”ni, digər tərəf isə "Quli”ni seçib. Və bu parçalanma hələ də qan tökməyə davam edir. Əsas məqsəd isə onun qisasını almaqdır.

Qisas ardınca daha çox qaçanın Lənkəranskinin qardaşı Namiq Canıyev olduğu iddia edilir. Hətta dövlət məmurunun bir müddət əvvəl İstanbulda "Lotu Quli”yə sui-qəsd iddiası ilə həbs edilməsi də bu iddiaları gücləndirdi. Ancaq çox keçmədi ki, Namiq Canıyev bəraət alaraq Azərbaycana qayıtdı. Türk polisi onun bu barədə suçsuz olduğunu rəsmi şəkildə bildirdi. Çoxları onun Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsindən azad ediləcəyini, "qələminin qırılacağı”nı düşünsə də, Lənkəranskinin qardaşı daha yüksək vəzifəyə təyin olundu.

Son günlər isə istər Azərbaycanda rus dilində yayımlanan yerli, istərsə də Rusiya mətbuatında Namiq Canıyevə qarşı media müharibəsi başlayıb. Çoxları onun hələ də qisas davasında israrlı olduğunu, "Lotu Quli”nin öldürmək üçün killer tutduğu iddiasından əl çəkmir. Halbuki Namiq Canıyev hər nə qədər məşhur "qanuni oğru”nun qardaşı olsa da, kriminal aləmlə əlaqəsi olmayan şəxs kimi bilinir. Bundan başqa o, yuxarı dairələrin nəzərində ciddi məmur obrazı formalaşdırmağı da bacarıb. Onu da nəzərə alaq ki, Lənkəranskinin polkovnik qardaşı 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Digər bir məsələni də unutmaq olmaz. Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti kriminal aləminin bərkgedən üzvlərinə sərt sifətini göstərməyi bacarıb. Hətta vəziyyətə o dərəcədə nəzarət olunur ki, bir müddət əvvəl Ukraynadan Azərbaycana deportasiya edilən kriminal avtoritetlər – "Dato Ağcəbədinski” və İlqar Əliyevə hava limanındaca başqa bir ölkəyə üz tutmaları tapşırıldı. Əgər həqiqətən də Namiq Canıyevin baş verənlərlə hər hansı bir əlaqəsi olsaydı, ilk növbədə Türkiyədə sərbəst buraxılmazdı, o çoxdan işdən çıxardılar, hətta bəlkə də vətəni birdəfəlik tərk etmə təhlükəsi ilə üz-üzə qalardı.

Lakin hələ də bu reallıqları qəbul etməyənlər var. Görünür, sensasion qətl xeyli müddət müzakirə olunacaq.
 
 
//yenicaq.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol