Özalın partiyası Ərdoğana qoşuldu

Türkiyədə daha bir siyasi partiya prezident seçkilərində Cümhur Birliyinə dəstək nümayiş etdirib.
Axar.az xəbər verir ki, Ana Vətən Partiyası Türkiyədə 24 iyunda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəklədiklərini açıqlayıb.
Xatırladaq ki, AKP və MHP-nin yaratdığı Cümhur Birliyinə Türkiyənin Böyük Birlik Partiyası da qoşulub.
www.anews.az
























