Məşhur amerikalı tarixçi öldü

Məşhur amerikalı tarixçi Riçard Payps vəfat edib.
Kult.az xəbər verir ki, Payps 94 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Payps əslən yəhudidir. O, 1923-cü ildə Polşada anadan olub, sonradan ABŞ-a köçüb. Rusiya tarixini tədqiq edən ən məşhur tarixçilərdən biri idi. O, gənclik illərini SSRİ ilə mübarizəyə həsr edib. Belə ki, Payps 1968-1973-cü illərdə Harvard Universitetindəki Rusiya Tədqiqatlar Mərkəzi, 1981-1982-ci illərdə isə ABŞ Milli Təhlükəsizlik Şurasının Şərqi Avropa və SSRİ şöbəsinə rəhbərlik edib.
Payps bir sıra ABŞ prezidentinin SSRİ ilə bağlı məsləhətçisi kimi də çalışıb.
www.anews.az
























