• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin erməni deputatı türk xalqını təhqir etdi

Türkiyənin erməni deputatı türk xalqını təhqir etdi
18.05.2018 13:30
TBMM-in Xalqların Demokrat Partiyasından (HDP) olan erməni əsilli deputatı Karo Paylana qarşı Cinayət Məcəlləsinin 301-ci maddəsi (türk dövləti və millətini təhqir) ilə iş qaldırılıb.

Axar.az xəbər verir ki, Ankara Baş Prokurorluğunun Parlamentar Cinayətləri Araşdırma Bürosu buna səbəb kimi deputatın qondarma erməni soyqırımı ilə bağlı ifadələrini göstərib. Paylanın "Türkiyə Cümhuriyyəti, Türkiyə hökumətini alçaltma və prezidentinə təhqir” ittihamları ilə millət vəkili toxunulmazlığının ləğv edilməsi üçün TBMM-ə müraciət edilib.

Cinayət işi Paylanın Kanadada yayımlanan "Horizon Vikli” adlı qəzetə verdiyi müsahibədə "Türkiyədə soyqırım edilib və hələ də bu soyqırım davam edilir” ifadələrinə görə prokurorluğa şikayət edən Türkiyədə yaşayan Azərbaycan əsilli professor Aygün Attarın ərizəsi əsasında başladılıb.

Attarın ərizəsində erməni deputatın türk xalqına qarşı düşmən mövqeyini ifadə edən digər bir çıxışına da yer verilib:

"Bir zamanlar yüzə qırx idik. Bu gün mində birik. Hər halda başımıza bir iş gəldi, mən bunun adına soyqırım deyirəm. Erməni xalqı başına nə gəldiyini çox yaxşı bilir. Bir zamanlar atamın, babamın başına nə gəldiyini çox yaxşı bilirəm. Adını siz qoyun o zaman. Biz yox kimiyik, mində birə düşmüşük”.

Xatırladaq ki, professorun şikayəti əsasında hələ ötən ilin dekabrında araşdırma başladılsa da, Ankara Prokurorluğu 301-ci maddə əsasında iş qaldırılması üçün icazənin Ədliyyə Nazirliyinin sərəncamında olmasına görə nazirlikdən icazə istəmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol