Kubada sərnişin təyyarəsi qəzaya uğradı

Kubada "Cubana de Aviacion” aviaşirkətinə məxsus "Boeing 737” sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.
Virtualaz.org "Telemundo” telekanalına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 100-ə yaxın sərnişin olub.
Hava gəmisi Havanadan Olgin şəhərinə uçurmuş. Hadisə Havana hava limanının yaxınlığında baş verib.
www.anews.az
























