• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın Tiflis cəhdləri: səfərin hədəfi nədir?

Paşinyanın Tiflis cəhdləri: səfərin hədəfi nədir?
23.05.2018 17:00
Azərbaycan kimi Gürcüstanda da respublikanın 100 illiyi qeyd olunur.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanda 26 mayda keçiriləcək Respublika Günü ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi qeyd edib ki, Gürcüstandakı tədbirlərdə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerlə yanaşı, 20-yə yaxın nümayəndə heyəti iştirak edəcək:

"Tədbirlərə Litva, Latviya, Finlandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri qatılacaqlar. Gürcüstan hakimiyyəti yaranmış fürsətdən istifadə edərək prezidentlərin iştirakı ilə Tiflisdə böyük beynəlxalq konfrans da keçirəcək. Şübhəsiz, Gürcüstan hakimiyyəti bayram tədbirləri ilə bağlı Azərbaycana da dəvət göndərib. Ancaq Azərbaycanın Gürcüstandakı tədbirlərdə hansı səviyyədə iştirakına dair məlumat yoxdur. Maraqlıdır ki, tədbirlər tamamlanan kimi Gürcüstana Ermənistanın Baş naziri Nikol Paşinyan da gedəcək. Paşinyan 30-31 may tarixlərində Tiflisdə görüşlər keçirəcək. Ümumiyyətlə, Nikol Gürcüstanla əməkdaşlığa xüsusi əhəmiyyət verir”.

Politoloq bildirib ki, Azərbaycan Gürcüstana diqqəti artırmalıdır:

"Görəsən, rəsmi Tiflis Paşinyanın istəyi qarşılığında Ermənistanla hansı sahələrdə əməkdaşlığı genişləndirmək istəyir? Bunu dəqiqləşdirməyə ehtiyac var. Biz Qarabağ separatçılarının abxaz separatçılarının liderləri ilə Suxumidəki son görüşünə etiraz etdik. Ancaq Gürcüstanda sanki bu faktı görməzdən gəldilər. Üsəlik, Gürcüstan hakimiyyətinin Rusiya-Ermənistan dəmiryolunun fəaliyyətinin bərpasına razılıq verməsi də Azərbaycana xoş olmayan mesajdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol