• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil haqqını kazinoda uduzan azərbaycanlı tələbə özünü öldürdü

Təhsil haqqını kazinoda uduzan azərbaycanlı tələbə özünü öldürdü
26.05.2018 14:57
Gürcüstanda dünyasını dəyişən mingəçevirli tələbənin ölümü ilə bağlı təfərrüatlar məlum olub. 

anews.az "Report”a istinadən xəbər verir ki, Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadənin meyiti bu gün səhər saatlarında Mingəçevirə gətirilərək dəfn edilib.

Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olan Tağı İskəndərzadənin atası Novruz İskəndərov hadisə ilə bağlı açıqlamasında oğlunun ölümünün birmənalı şəkildə intihar hadisəsi olduğunu deyib:

"Oğlumun təhsil haqqı 3000 lari idi. Adətən, bu məbləği iki dəfəyə ödəyirdik. Bu dəfə də Tağıya ödənişi etmək üçün 1500 lari həcmində pul göndərmişdik. Araşdırdıq və öyrəndik ki, Tağı bu pulu kazinoda uduzduğundan ödəyə bilməyib.

Ardınca kompüterini, telefonunu və digər dəyərli əşyalarını girov qoyaraq borc götürüb və yenidən kazinoya gedib. Həmin məbləği də uduzub. 

Bundan sonra doğmalarının yanında üzü qara qalmamaq üçün intihar etmək qərarına gəlib. Sənədlərini Kür çayı sahilində skamya üzərinə qoyaraq özünü körpüdən çaya atıb”.

N.İskəndərov oğlunun tez-tez telefonla danışdığını bildirib. Amma intihar günü ərəfəsində səssizlik onları da şübhələndiribmiş. Sonradan Tağı İskəndərzadənin telefonunu da girov qoyduğunu öyrəniblər: "Baxmayaraq ki, Tağı kazinoya vərdiş etmişdi, o, çox abırlı uşaq olub. Səhvi, ardınca isə həyası onu intihara sürükləyib”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol