Paşinyan ABŞ rəsmisi ilə Qarabağı müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Bricit Brink ilə görüşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindəki mövcud vəziyyət müzakirə edilib.
Paşinyan nizamlanma prosesində ABŞ-ın göstərdiyi səylərin əhəmiyyətini vurğulayıb.
Ermənistanın baş naziri eyni zamanda, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri – Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakını yüksək qiymətləndirib.
www.anews.az
























