Paşinyanı hakimiyyətə gətirən it – FOTO

Ermənistanda Serj Sərkisyan əleyhinə baş verən aksiyalarda gənclər və yaşlı nəslin nümayəndələrindən savayı heyvanlar da iştirak edib.
Axar.az xəbər verir ki, Argentinanın "Diario Popular” nəşrinin İrəvandakı etiraz aksiyalarında fəal şəkildə iştirak edən "Haski” cinsindən olan, rəngli parik taxan və üzərində "cəsarətli” sözləri yazılmış köynək geyinən köpək barədə yazısı böyük marağa səbəb olub.
Müəlliflərin sözlərinə görə, bu it Ermənistanda keçirilən aksiyalardan kənarda qalmaq istəməyib. "Haski” hətta Ermənistanda baş nazir seçkiləri keçirilən zaman da İrəvanın Respublika meydanında olub.

www.anews.az
























