Ermənistanda seçkilər gələn ilə qaldı

Ermənistanda bu il ərzində növbədənkənar seçki keçirmək mümkün olmayacaq.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar partiyasından bildirilib. Hazırda Paşinyana qarşı müxalifətə keçən Sarkisyan partiyası əmindir ki, yeni hakimiyyət ilin sonunadək seçki keçirə bilməyəcək.
"Payızda iki mühüm tədbir var. Frankofoniya konfransı, Erebuni-İrəvan bayram tədbirləri, qışda isə hökümət büdcəni təqdim etməlidir. Bu baxımdan ilin sonunadək seçki olmayacaq", - deyə bildirilib.
www.anews.az
























