Avropa Paşinyana milyonlarla avro ayıracaq

Avropa İttifaqı 2018-2022-ci illərdə Ermənistanda islahatların həyata keçirilməsinə 176 milyon avro vəsait ayıracaq.
Anews.az-ın erməni KİV-ə istinadən məlumatına görə, bu barədə ölkənin xarici işlər nazirinin müavini Armen Papikyan bəyan edib.
Onun sözlərinə əsasən, iyunun 1-dən etibarən Ai ilə razılığın 80% qüvvəyə minəcək.
Papikyan həmçinin qeyd edib ki, 2018-ci ildə Ermənistana 36 milyon avro veriləcək.
www.anews.az
























