Ermənistanda mer həbs olundu

İrəvandakı 22 aprel iğtişaşlarına görə 5 nəfər həbs olunub. Onların arasında Masis şəhərinin meri David Ambarçumyan və onun müavini Karen Ohanyan da var.
AzVision.az bildirir ki, bu barədə Ermənistan İstintaq komitəsi sədrinin məsləhətçisi Sona Truzyan məlumat verib.
Həbs olunanlar 22 apreldə İrəvanda keçirilən etiraz aksiyası içtirakılarına qarşı maskalı şəxlərin güc tətbiq etməsində əli olan şəxslərdir. Hadisə ilə bağlı Erebuni və Nubaraşen inzibati rayonlarında cinayət işi açılıb. Hazırda istintaq-axtarış əməliyyatı davam etdirilir və ehtimal olunur ki, həbs edilənlərin sayı artacaq.
www.anews.az
























