BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi

İyunun 1-dən etibarən bir ay ərzində BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyaya keçir.
AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, TŞ-nın daimi üzvü olan Rusiyanın sədrliyi ilə ilk iclasın elə bu gün Nyu-Yorkda keçirilməsi planlaşdırılır. İclasda BMT TŞ-nın yaxın bir ay ərzindəki iş proqramının təsdiq olunması gözlənilir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, qlobal sülh və təhlükəsizliyin qorunması çərçivəsində, hazırda ən çox münaqişələrin qeydə alındığı Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət iyun ayında TŞ-nın diqqət mərkəzində olan əsas məsələlər olacaq.
Qeyd edək ki, Rusiya sonuncu dəfə 2016-cı ildə BMT TŞ-na sədrlik edib.
www.anews.az
























