• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan pərt oldu: gənclər imtina etdi

Paşinyan pərt oldu: gənclər imtina etdi
01.06.2018 20:50
Nikol Paşinyanın erməniləri Ermənistana qaytarmaq cəhdləri uğursuzluğa düçar olub.

Axar.az xəbər verir ki, yeni baş nazirin xüsusilə hərbi xidmət keçmək yaşı çatan şəxsləri geri gətirmək cəhdləri heç bir fayda verməyib.

Paşinyanın bu uğursuzluğu hökumətin bu gün keçirilən iclasında ortaya çıxıb. Belə ki, iclas zamanı Paşinyan Müdafiə naziri David Tonoyana müraciət edərək, xaricdən ölkəyə geri qayıdaraq hərbi xidmət keçmək istəyən şəxslərin olub-olmaması ilə maraqlanıb. Tonoyan isə cavabında bir müddət öncə Paşinyanın xaricdə yaşayan ermənilərə hərbi xidmətlə bağlı etdiyi çağırışların cavabsız qaldığını deyib:

"Onların çoxu Ermənistanda axtarışdadırlar və geri döndükləri zaman hüquqi problemlərlə üzləşə bilərlər. Bəzi hallarda sizin çağırışınızın cavabsız qalması da bununla bağlıdır” .

Bundan sonra Paşinyan bütün qurumlara bu problemin həll edilməsi üçün variantların işlənib hazırlanmasını tapşırıb.

Ən maraqlı məqam isə hökumətin iclasından sonra yaranıb. O, orduda xidmətdən boyun qaçıranların sayının nə qədər olduğunu açıqlamaqdan imtina edib.

Qeyd edək ki, bundan öncə Paşinyan Feysbuk vasitəsilə xaricdən yaşayan ermənilərə müraciət edib. O, xaricdə yaşayan hər kəsi oğlu Aşot kimi hərbi öhdəliyini yerinə yetirməyə çağırıb. Bundan sonra o, oğlunun Qarabağda xidmət keçəcəyini deyib.

Son zamanlar Ermənistanda hərbi öhdəliklərini icra etməkdən imtina edənlərin sayı artıb. Hərbi xidmət müddətinin artırılması gənclər arasında narazılığı daha da gücləndirib. Öhdəliklərini icra etmək istəməyən gənclər müxtəlif vasitələrlə ölkədən qaçmağa başlayıblar.

Xüsusi problemlər isə Ermənistan gənclərinin Qarabağda hərbi xidmətləri zamanı yaranıb. Belə ki, burada "dedovşina” hallarının çoxluğu, eləcə də yerli əsgərlərlə Ermənistandan gələnlər arasında ayrı-seçkiliyin olması əhali arasında narazılığı artırıb. Ordudan yayınanların çoxluğu artıq Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı problemini aşırı həddə qaldırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol