• $
  • €
  • ₽
  • ₺
  • £

Apple-dan yenilik: OLED ekranlı 3 iPhone gəlir

Apple-dan yenilik: OLED ekranlı 3 iPhone gəlir
03.06.2018 23:58
Bəlkə bu il olmayacaq, amma 2019-cu ildə bazara çıxarılacaq bütün iPhone modellərində OLED ekran görsəniz, təəccüblənməyin. 


Qaynarinfo xəbər verir ki, 2019-cu ildə Apple OLED-ə keçidi tamamlaya bilər. Deyilənə görə, 2019-da təqdim olunacaq iPhone modellərinin hər üçündə OLED ekran olacaq. Hazırda yalnız iPhone X-də olan bu ekran LCD ekranla müqayisədə daha yaxşı kontrasta sahibdir və bir sıra üstünlükləri var. Apple şirkətinin bu ekranı istifadə etməsinin səbəbi də məhz budur. 


Ancaq bu iddia şirkətin buraxılış zamanı 4 telefon buraxması halında dəyişə bilər. Əgər Apple bu mövsüm 4 telefon buraxarsa, onlardan biri mütləq LCD ekranda olacaq.  


Şirkətin yalnız OLED ekrandan istifadə etməsi isə maddi problemlər yarada bilər. LCD-dən baha olan OLED təbii ki, telefonların da qiymətinin artmasına təsir edəcək. Bu səbəbdən də şirkətin hər kəsi nəzərə alıb LCD ekranlı iPhone 9 və OLED ekranlı iPhone XI və XI Plus istehsal edəcəyi gözlənilir. 


Apple-da başqa bir problem isə xammalla bağlıdır. Belə ki, hazırda OLED ekranının tək istehsalçısı Samsung olan Apple bütün modelləri OLED-lə istehsal edəcəyi təqdirdə Samsung onun üçün yeni fabrik inşa etməlidir. 


Nəticə olaraq, Apple ən qısa zamanda tədarük görməzsə və qiymətləri aşağıda saxlamaq istəsə, OLED-dən keçməlidir. Hazırda Samsung, Pixel, Huawei kimi rəqibləri olan şirkətin isə OLED-dən imtina etməsi reallığa uyğun deyil. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol