Putin: Belə klounlar nəyimizə lazımdır?

Rusiyaya pozitiv gündəmi olan siyasətçilər lazımdır.
Axar.az xəbər verir ki, bunu Avstriyanın ORF televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, seçicilər heç zaman konkret problemlərlə bağlı həll variantları olmayanlara reaksiya vermirlər:
"İstəmirik ki, bizə daha bir Saakaşvilini calasınlar. Biz istəmirik ki, siyasi səhnəmizdə Saakaşvili peyda olsun. Sizə belə siyasi xadimlər xoş gəlirmi?
Əgər şəxs seçicilər arasında hansısa nüfuza sahib olursa, o, dövlətin dialoq aparmalı olduğu şəxsə çevrilir. Əgər hansısa siyasi qüvvəyə inam göstəricisi 3%-i keçmirsə, o zaman biz nədən danışırıq? Belə klounlar bizim nəyimizə gərəkdir”.
www.anews.az
























