3 liderdən Trampa məktub: İrana qarşı...

Almaniya, Fransa və Britaniya maliyyə və xarici işlər nazirləri ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin və Dövlət katibi Mayk Pompeoya məktub ünvanlayıblar.
Axar.az xəbər verir ki, məktubda ABŞ-ın Tehrana qarşı sanksiyalarının İranla qurulan ticarət əlaqələrini yox edəcəyi açıqlanıb. Nazirlər bildirib ki, bu, Avropanın təhlükəsizliyinə də təhdid yaradır:
"ABŞ-ın sanksiyaları Avropa dövlətlərinin təhlükəsizliyinə də təsir edəcək. Müttəfiq kimi hesab edirik ki, ABŞ Avropanın təhlükəsizlik maraqlarına zidd addımlardan çəkinsin”.
www.anews.az
























