Nazir taksi sürücüsü oldu

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak bu dəfə taksidə sürücülük edib.
"A24.az” türk mediasına istinadən xəbər verir ki, nazir yol boyu taksiyə əyləşən vətəndaşların suallarını cavabaındırıb.
Taksiyə əyləşənlər isə nəinki gözlərinə inanmayıb,onları narahat edən sualları da verməkdən çəkinməyiblər. Sərnişinlərdən biri ətrafındakıları nazirlə görüşdüyünə inandırmaq üçün Berat Albayrakla selfi də çəkdirib.
Qeyd edək ki, "A Haber” kanalında yayımlanan "Seçim Taksi” verilişi 24 iyun tarixinə kimi seçkilərin nəbzini tutmağa və vətəndaşların sualalrını cavablandırmağa çalışır.
www.anews.az
























