Saçını fenlə qurudan müəllim ağır yaralandı - VİDEO

Türkiyədə evin hamamında feni işlədən İbrahim Akdemir ağır partlayışla üz-üzə qalıb.
BiG.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Eskişəhərdə baş verən qaz sızması nəticəsində yaranan partlayış nəticəsində İbrahim ağır yaralanıb. Hazırda xəstəxanada müalicə alınan Akdemirin yaxınlarının sözlərinə görə, evə yaxın məsafədə təbii qaz borusunun kanalizasiya borusuyla yan-yana qoyulduğunu, sızan qazın kanalizasiyadan evin tualet və duşuna qədər gələrək burada yığıldığını bildiriblər. Hamamda feni işə salan zaman toplanmış qaz partlayışa səbəb olub.
Qeyd edək ki, Eskişəhərin FHN və təbii qaz paylama şirkəti səlahiyyətliləri, hadisə ilə əlaqədar araşdırma və istintaqa başlayıblar.
www.anews.az
























