Türkiyədən Qəndil açıqlaması

Qəndil əməliyyatı da daxil olmaqla hər an hər şey ola bilər.
Axar.az xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.
"Müdafiədən əlavə hücum siyasətini də həyata keçirdik. Hazırda İraqın şimalında davam edən əməliyyatlar var. Bunları beynəlxalq hüquq normaları çərçivəsində həyata keçiririk. Bu əməliyyat davam edir və edcək”, - Bozdağ bildirib.
www.anews.az
























