Şimali Koreyanın nüvə arsenalı nə qədərdir?

Şimali Koreya bir neçə termonüvə başlığı da daxil olmaqla, təxminən 35 nüvə başlığına sahib ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Strateji Təyinatlı Raket Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri Viktor Yesin deyib.
Ekspertin sözlərinə görə, Şimali Koreya il ərzində 7 nüvə başlığı istehsal etmək imkanlarına sahibdir. Ölkə eyni zamanda nüvə başlıqlarının istifadəsi üçün fəal şəkildə ballistik raketlərin hazırlanmasını həyata keçirir.
www.anews.az
























