• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcü liderlər TANAP-ın açılışına gəlmədi

Gürcü liderlər TANAP-ın açılışına gəlmədi
13.06.2018 11:30
Gürcüstan rəhbərliyinin TANAP-ın açılış mərasiminə qatılmaması qərarı son anda verilib.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın İctimai Televiziyasına açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Seren Yazqan deyib.

"Niyə son anda belə bir qərarın verildiyini bilmirəm. Gürcüstan tədbirdə səfir səviyyəsində təmsil edilib. Bu layihə Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirir. Biz hər zaman gürcüstanlı dostlarımızı Türkiyədə görmək istəyirik, lakin onlar Türkiyədə olmasalar belə, biz onların yaxınlığını hiss edirik”, - deyə o bildirib.

Qeyd edək ki, dünən TANAP-ın açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bolqarıstan Baş naziri Boyko Borisov, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, BP rəhbəri Robert Dadli qatılıb. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mərasimə dəvət edilsə də, gəlməyib. Ümumiyyətlə, mərasimə Gürcüstandan yalnız səfir İrakli Koplatadze qatılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol