• $
  • €
  • ₽
  • ₺
  • £

Genişmiqyaslı HÜCUM BAŞLADI – 250 min insan ölə bilər

Genişmiqyaslı HÜCUM BAŞLADI – 250 min insan ölə bilər
13.06.2018 11:09
Yəmənin hökumət ordusu və Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyasının qoşunları Qırmızı dənizin sahilində yerləşən Xodeyda limanına hücuma başlayıb.

Publika.az xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən "Al Arabia” telekanalı bildirib.

Koalisiyanın qoşunları Yəmənin ən böyük limanını "Ənsar Allah” şiə hərəkatından azad etməyi planlaşdırır. Yəmən hakimiyyəti son günlərdə şəhərin ətrafına güclər toplayırdı. Koalisiya hökumət qüvvələrini havadan və dənizdən dəstəkləyir.

Daha əvvəl BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsinin rəsmi nümayəndəsi Yens Lerk xəbərdarlıq edib ki, Xodeydaya hücum və şəhərin uzunmüddətli mühasirəsi 250 min insanın həyat və təhlükəsizliyini təhlükə altına qoyacaq. "The Wall Street Journal” nəşri iyunun əvvəlində yazmışdı ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xodeyda limanının azad edilməsi üçün ABŞ-dan hərbi kömək istəyib.

Xatırladaq ki, Yəməndə müharibə 2015-ci ilin yanvarında İranın dəstəklədiyi Husi qiyamçıları paytaxt Sananı tutması ilə başlayıb. Həmin ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya prezident Mənsur Hadini hakimiyyətə qaytarmaq üçün Yəmənə girib. Lakin koalisiya bu günə qədər istədiyi nəticəyə nail ola bilməyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol