• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan hökumətində böhran

Paşinyan hökumətində böhran
13.06.2018 12:03
Ermənistanın yeni hökumətində böhran yaşanıb. Ölkənin əmək və sosial məsələlər naziri Mane Tandilyan baş nazir Nikol Paşinyanın qərarına etiraz edərək istefa verib.
 
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan hökumətinin dünənki iclasında pensiya və müavinətlərin artırılıb-artırılmaması müzakirə olunarkən, məcburi maliyyələşdirilən pensiya sisteminin tətbiq edilməsinə dair məsələ mübahisələrə səbəb olub. 

Bəzi nazirlər, o cümlədən Mane Tandilyan bu sistemin əhaliyə sırınmasına qarşı çıxıblar. Tandilyan təklif edib ki, sistemin tətbiqini 1 il təxirə salaraq ictimai müzakirələr aparsınlar və əhalinin də mövqeyini öyrənsinlər. Lakin Paşinyan onlara xatırladıb ki, parlamentin yox, hökumətin iclasındadırlar və baş nazir nə desə, o da olacaq. Nəticədə səsvermə zamanı nazirlərin heç biri Paşinyanın qərarınınn əleyhinə getməyib və 1 iyuldan etibarən Ermənistanda məcburi maliyyələşən pensiya fondu sisteminin tətbiq edilməsinə dair qərar qəbul olunub. 

Lakin əmək və sosial məsələlər naziri Mane Tandilyan iclasda Paşinyanın təzyiqilə bu qərarın qəbuluna mane ola bilməməsini özünə bağışlaya bilməyib və vəzifəsindən istefa verib. "Bu məsələ mənim üçün prinsipial əhəmiyyət kəsb edir. Pensiya sistemində məcburilik elementi bundan əvvəl də əhalinin dəstəyini almamışdı, yenə də almayacaq. Çünki bu məsələdə çoxsaylı – sosial, hüquqi, siyasi və sistem problemləri var”, – deyə Tandilyan bəyan edib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın bəzi rayonlarında pensiya və müavinətlərin artırılması ilə bağlı aksiyalar təşkil edilmişdi. Etirazçılar Paşinyan hökumətindən pensiyaların ən azı 30 faiz qaldırılmasını tələb ediblər. Lakin hazırkı dövlət büdcəsilə bu tələbi qarşılaya bilməyən Paşinyan pensiya fondunu əhalinin gəlirlərindən tutulan məcburi ödəmələrlə doldurmaq qərarı verib. Hökumətin məcburi maliyyələşdiriən pensiya sistemi qərarına əsasən, 1 iyuldan etibarən 1974-cü il və daha sonra dünyaya gələn erməni vətəndaşları əmək haqqlarının 2,5 fazini pensiya fonduna ödəməlidirlər. Ümumilikdə isə, bu sistemlə fonda gəlirlərin 10 faizi daxil olacaq, lakin onun 7,5 faizini dövlət özünə götürəcək. Paşinyan hətta bildirib ki, gələcəkdə pensiya fondu üçün əhalinin gəlirlərindən tutulacaq məbləğ maaşlarının 5 faiz həcminə qaldırılacaq. 

Hökumətin bu qərarı ölkədə böyük etirazlara səbəb olub. Hətta "Çarukyan” partiyası da baş nazirin məcburi maliyyələşdirilən pensiya sisteminə qarşı çıxıb. Onlar hesab edirlər ki, Paşinyan "məxməri inqilab”dan sonra xalqın ona olan inamından sui-istifadə edir. Və çətin ki, hökumətin bu qərarının parlamentdəki müzakirəsində partiya onun lehinə səs versin. 

"Etiraz edirəm” təşəbbüs hərəkatı isə artıq aksiyalara başalyıb. Onlar bildirirlər ki, Paşinyan hökuməti əhalini maaşlarının bir hissəsindən imtinaya məcbur edir. Bundan ən çox əziyyət çəkənsə, gənclər olacaq. Çünki onsuz da minimum əmək haqqının qənaətbəxş olmadığı Ermənistanda gənclər çox az maaş alırlar. Hərəkatın üzvü David manukyan bildirib ki, Ermənistanda hökumətin dəyişməsinə baxmayaraq, sistem dəyişməyib. 

"Etiraz edirəm” hərəkatının digər üzvü Levon Arutyunyan isə bildirib ki, pensiya sistemində heç bir müsbət dəyişiklik edilmir. Problemlər olduğu kimi qalıb. Arutyunyan əhalinin gəlirləri hesabına pensiya fondunu doldurmağa çalışan Paşinyan hökumətinə belə bir sual da ünvanlayıb: "bəs ölkəyə gətirilən investisiyalar hara gedir?” 

Məsələyə erməni ekspertlər də münasibət bildiriblər. Tatul Manaseryana görə, Paşinyanın bu addımı iqtisadidən daha çox siyasi qərardır. Çünki hökumət bu qərarı verməsəydi məcbur olacaqdı ki, pensiyaları ödəmək üçün vergiləri artırsın. Ermənistanda son zamanlar demoqrafik azalma və cavanların ölkəni tərk etməsi nəticəsində qocaların sayının artmasilə pensiyaçıların da sayı çoxalıb. Odur ki, ölkəni növbəti sosial-iqtisadi böhrandan qorumaq üçün əhalinin narazılığına baxmayaraq, Paşinyan bu cür riskə gedib. Lakin belə "risklər" Paşinyanın postu üçün olduqca təhlükəlidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol