• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı deputat 6 saat ifadə verdi

Azərbaycanlı deputat 6 saat ifadə verdi
14.06.2018 11:22
Gürcüstan parlamentinin "Milli hərəkat” partiyasının deputatı Azər Süleymanov Marneuli sakininin döyülməsi ilə hər hansı əlaqəsinin olmasını inkar edib.

Deputat "Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən altı saatdan artıq ifadə verib. SüleymanovMarneuli meri Temur Abazov və Bidzini İvanişvilinin ünvanına feysbukda təhqir videosu yayımladıqdan sonra sakin Elçin Allahverdiyevlə görüşdüyünü deyib.Deputatın sözlərinə görə, zərərçəkən artıq bir neçə ildir ki, "Gürcü arzusu” partiyasının üzvü olsa da, özünü "Milli hərəkat" partiyasının nümayəndəsi kimi təqdim edib:

"Elçin Allahverdiyevi döyməmişəm. Sadəcə ondan bir şey soruşdum ki, niyə üzvü olmadığın halda bizim partiyanın adından belə iyrənc ifadələr işlətmisən. Həmin vaxt ofisdə "Gürcü arzusu” partiyasının nümayəndələri də olublar. Söhbət onların yanında gedib.

Görürsünüz ki, bu gün Gürcüstanda dövlət nə gündədir. Dağıla-dağıla gedir. Dünən baş naziri çıxardılar, beş gün öncə baş prokuroru. Öz günahlarını kiminsə boynuna qoymaq istəyirlər.Çünki söyüş söyən şəxs "Gürcü arzusu” partiyasının üzvü olub. O, hansısa orqan tərəfindən göndərilmiş təxribatdır. Bizim partiyanın üzvü olmadığı halda niyə partiyamızın adından danışsın ki? Həmin şəxs alçaq adamdır. Düşmən də olsa heç kimin ailəsini söymək olmaz. Biz Qafqaz millətiyik, ailə dəyərlərimiz yüksəkdir.
Əlbəttə zorakılığı da qınayıram. O kadrlar mənə də xoş gəlmədi. Təhqiredici hərəkətlərdir.İkinci tərəfi də qınayıram ki, belə bir iş varsa, hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. O insan kimlərsə tərəfindən öyrədilmiş şəxsdir. Niyə aksiyaya gedib və bizim partiyanın adından istifadə edib, yəqin ki, qısa vaxtda üzə çıxacaq. Bütün suallara cavab verməyə hazıram, bu cinayətlərin iştirakçısı deyiləm".

Qeyd edək ki, artıq prokurorluq yerli sakin Elçin Allahverdiyevi döyməkdə ittiham edərək müxalif deputata qarşı cinayət təqibinə başlayıb. Deputat toxunulmazlığına görə Azər Süleymanov saxlanılmayıb. Ona qarşı irəli sürülən ittiham üzrə deputatı 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Süleymanova qarşı ittihamları "Milli hərəkat” fraksiyasının üzvüRoman Qoçiridzedə şərh edib. O, gürcü mediasına açıqlamasında bildirib ki, partiya bu insidentin siyasi məqsədlər üçün istifadəsinə imkan verməyəcək:

"Ola bilsin ki, Azər Süleymanova təzyiq göstərmək istəyirlər. O, altı ildir ki, müxalifətdədir. Parlamentdə "Milli hərəkat” fraksiyası yaradılanda ona təzyiqlər edilirdi. Onu qorxudurdular, rüşvət vermək istəyirdilər ki, "Milli hərəkat”ın yaradılmasına yardım etməsin. Bu cəhdlərə baxmayaraq, Süleymanovu yola gətirmək və fraksiyanı dağıtmaq mümkün olmadı. Çünki o düzgün insandır və əsl döyüşçüdür”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol