ABŞ-da 5 miqrant yol qəzasında həlak olub

ABŞ-ın Texas ştatında qeyri-leqal miqrantları daşıyan avtomobil sərhədçilərdən qaçmağa çalışarkən qəzaya uğrayıb.
Trend-in məlumatına görə, avtomobildə qəza zamanı sürücüdə daxil olmaqla 14 nəfər olub. Qəza nəticəsində 5 qeyri-leqal miqrant həlak olub, digərləri isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, avtomobilin sürücüsü ABŞ vətəndaşı olub.
www.anews.az
























